Cümə , Aprel 16 2021
Home / Dünya / Siyasət / Fransa XİN Senatın Qarabağla bağlı qərarını dəstəkləmədi

Fransa XİN Senatın Qarabağla bağlı qərarını dəstəkləmədi

Fransanın Xarici İşlər Nazirliyi ölkə Senatının qondarma “Dağlıq Qarabağ respublikasının” tanınmasına dair qətnamə layihəsinin qəbuluna münasibət bildirib.

Bu barədə MediAktiv.az Fransa XİN-nin bəyanatına istinadən xəbər verir.

“Fransa Senatında qondarma “Dağlıq Qarabağ respublikasının” tanınmasına dair qətnamə layihəsi qəbul olunub. Səsvermə öncəsi aparılan müzakirələr zamanı Xarici İşlər Nazirliyinin dövlət katibi Jan Batist Lemuan hökumətin bu mövzuda tutduğu mövqeyi xatırladıb. Xarici İşlər Nazirliyi “Dağlıq Qarabağ Respublikası”nı tanımır”-deyə, bəyanatda qeyd olunub.

Həmçinin oxuyun

Bizim razılığa gəldiyimiz bütün məsələlər reallaşacaq – Belarus Prezidenti

Bizim razılığa gəldiyimiz bütün məsələlər reallaşacaq. MEDİAKTİV.AZ-ın məlumatına görə, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko aprelin …