Bazar , Yanvar 17 2021
Home / Dünya / Siyasət / Füzulidə kustar üsulla hazırlanmış raketatan aşkar edilib

Füzulidə kustar üsulla hazırlanmış raketatan aşkar edilib

Füzulinin kəndlərinin birində kustar üsulla hazırlanmış raketatan aşkar edilib.

MediAktiv.az-ın məlumatına görə, bunu Prezidentin köməkçisi Hikmət Hacıyev öz “Twitter” səhifəsində yazıb.

O bildirib ki, ermənilər bu cür silah vasitəsilə sıx məskunlaşmış ərazilərə raket atıb:

“Biz Füzulinin azad edilmiş kəndlərindəyik. Bu kustar üsulla hazırlanmış, səliqəsiz raketatan ermənilər tərəfindən sıx məskunlaşmış ərazilərə qarşı istifadə olunub. Bu cür kustar sistemlər əsasən Suriyada istifadə edilir. Ermənilər Yaxın Şərqdən muzdluları cəlb edib”.

Həmçinin oxuyun

Ceyhun Bayramov Pakistanda Azərbaycan Səfirliyini ziyarət edib

Xarici işlər naziri Ceyhun Bayramov Pakistana rəsmi səfəri çərçivəsində AR-in İslamabaddakı Səfirliyini ziyarət edib MEDIAKTIV.AZ bu …