Bazar ertəsi , Dekabr 9 2019
Home / Dünya / Siyasət / Gələn il üçün bayramlarla bağlı sərəncam imzalanıb

Gələn il üçün bayramlarla bağlı sərəncam imzalanıb

MediAktiv.Az

Baş Nazir Əli Əsədov 2020-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında Sərəncam imzalayıb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, sərəncamda deyilir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 105-ci maddəsinin 4-cü hissəsinə və “Azərbaycan Respublikasının Əmək Məcəlləsinə dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2006-cı il 8 dekabr tarixli 194-IIIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 dekabr tarixli 489 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən 2020-ci il martın 20, 21, 22, 23, 24-ü Novruz bayramı, mayın 24, 25-i Ramazan bayramı, iyulun 31-i, avqustun 1-i Qurban bayramı günləri müəyyən edilsin. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 105-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Sərəncamda nəzərdə tutulan günlər iş günü hesab edilmir.

Həmçinin oxuyun

Şimali Koreya ABŞ-la nüvə silahı məsələsini müzakirə etməyəcək

Şimali Koreya ABŞ-la danışıqlarda nüvə silahının ləğv edilməsi məsələsini müzakirə etməyəcək.   Mediaktiv.az-ın “Alman dalğası”na istinadən …