Çərşənbə , Noyabr 25 2020
Home / Dünya / Siyasət / Gəncədə 10 qadın və 6 uşaq olmaqla 26 nəfər həlak olub – Baş Prokurorluq

Gəncədə 10 qadın və 6 uşaq olmaqla 26 nəfər həlak olub – Baş Prokurorluq

Oktyabrın 4, 11 və 17-də raket və ağır artilleriya hücumları nəticəsində Gəncə şəhərində 10 qadın, 6 uşaq olmaqla 26 nəfər həlak olub.

Baş Prokurorluqdan MediAktiv.az-a verilən məlumata görə, raket və ağır artilleriya hücumları nəticəsində 138 nəfər yaralanıb.

Şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

Düşmənin atəşi nəticəsində hazırki vaxtadək 65 nəfər həlak olub, onlardan 18-i qadın, 10-u uşaqdır.

Həmçinin oxuyun

Naxçıvan nümayəndəliyinin rəhbəri İran səfiri ilə görüşüb-FOTO

Bu gün Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov İran İslam Respublikasının …