Cümə axşamı , Aprel 2 2020
Home / Dünya / Siyasət / Gürcüstan Azərbaycan və Türkiyə ilə gömrük prosedurlarının sadələşdirilməsi ilə bağlı yeni təkliflər irəli sürüb

Gürcüstan Azərbaycan və Türkiyə ilə gömrük prosedurlarının sadələşdirilməsi ilə bağlı yeni təkliflər irəli sürüb

“Gömrük sahəsində məhsuldar beynəlxalq və regional əməkdaşlıq ölkələrin iqtsiadi rifahı, regional iqtisadi inteqrasiya və tranzit potensialının artırılması üçün çox əhəmiyyətlidir”.

MediAktiv.Az “Report”-a istinadən xəbər verir ki, bunu Gürcüstanın maliyyə naziri İvane Maçavariani bildirib.

Onun sözlərinə görə, qonşu ölkələrlə elektron informasiya mübadiləsinin həyata keçirilməsi Gürcüstanın uğurlu beynəlxalq əməkdaşlığının nəticəsidir: “Bu gömrük nəzarətinin effektivliyinin artırılması, sərhəd vasitəsilə yüklərin və nəqliyyat vasitələrinin hərəkətinin sadələşdirilməsi deməkdir”.

İ.Maçavarini bildirib ki, Gürcüstan, Türkiyə və Azərbaycan arasında gömrük sahəsində üçtərəfli əməkdaşlıq olduqca vacibdir: “Bu əməkdaşlığa, ilk növbədə, elektron qaydada məlumat mübadiləsi daxildir. Nəqliyyat sənədlərinin uyğunlaşdırılması və rəqəmsallaşdırılması da arzuolunandır. Belə ki, bu, gömrük prosedurlarının sadələşdirilməsinə gətirib çıxaracaq”.

Qeyd edək ki, maliyyə naziri bu gün Gürcüstan-Türkiyə sərhədində yerləşən “Sarpi” gömrük-keçid məntəqəsində yenilənmiş infrastrukturun rəsmi açılış mərasimində iştirak edib. 

Həmçinin oxuyun

Dağlıq Qarabağdakı separatçı rejimi heç bir dövlət tanımır – BƏYANAT

“ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrindən heç biri və ya digər dövlətlət Dağlıq Qarabağı müstəqil və suveren …