Cümə , İyun 18 2021
Home / Dünya / Siyasət / Hazırda Ermənistan silahlı qüvvələrinin tərkibində muzdlular xidmət göstərir – Prezidentin köməkçisi

Hazırda Ermənistan silahlı qüvvələrinin tərkibində muzdlular xidmət göstərir – Prezidentin köməkçisi

Etibarlı mənbələrin məlumatına görə, hazırda Ermənistanın Silahlı Qüvvələrinin tərkibində Livan və Suriyadan tutmuş Avropa İttifaqının ölkələrinə, Kanadaya qədər olan muzdlular xidmət göstərir.

MediAktiv.az-ın məlumatına görə, bunu Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Onun sözlərinə görə, hazırda işğal edilmiş ərazilərimizdə muzdluların yerləşdirib və onlardan Azərbaycan Silahlı Qüvvələrinə qarşı istifadə edilir. Onların əksəriyyətini erməni əsilli insanlar təşkil etsə də, aralarında digər etnik mənsubiyyətə mənsub olan insanlar da var.

H.Hacıyev qeyd edib ki, terror təşkilatı açıq şəkildə internet vasitəsilə müxtəlif ölkələrdən olan muzdluları Ermənistana cəlb edir və bunun müqabilində onlara maddi mükafat vəd edir.

H.Hacıyev qeyd edib ki, Azərbaycanın muzdlulara ehtiyacı yoxdur və Azərbaycan Ordusu döyüş tapçşırıqlarını layiqincə yerinə yetirir.

Həmçinin oxuyun

Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Milli Məclisin xüsusi iclası keçiriləcək

Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Milli Məclisin xüsusi iclası keçiriləcək. MEDIAKTIV.AZ-ın …