Cümə , Sentyabr 18 2020
Home / Dünya / Siyasət / İlham Əliyev: “Bu gün xəstəlik nəzarət altındadır”

İlham Əliyev: “Bu gün xəstəlik nəzarət altındadır”

“Qabaqlayıcı tədbirlər deyəndə, əlbəttə ki, bütün bu amillər nəzərə alınır. Çünki biz ən kritik ssenariyə hazır olmalıyıq. Məhz belə operativ, çevik və məqsədə hesablanmış addımlar nəticəsində bu gün xəstəlik nəzarət altındadır. Bir daha demək istəyirəm ki, son üç həftə ərzində xəstələnənlərin sayı azalmaqdadır. Bütün bu addımlar, əlbəttə, imkan verir ki, biz bu vəziyyətdən şərəflə çıxaq, insanlarımızı qoruyaq”.

MediAktiv.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev avqustun 6-da ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videoformatda keçirilən müşavirədə deyib.

Dövlət başçısı bildirib: “Həkimlərin sayının artırılması ilə əlaqədar təbii çətinliklərimiz var. Ona görə xaricdən həkimlərin dəvət edilməsi məsələsinə baxıldı. Hazırda bir neçə ölkədən həkimlər dəvət edildi və onlar Azərbaycanda xəstələrin müalicəsi ilə məşğuldurlar. Türkiyədən, Rusiyadan, Kubadan, İtaliyadan və Çindən həkim briqadaları Azərbaycana gəlmiş və artıq fəaliyyətə başlamışlar. Bu da, əlbəttə ki, bizə əlavə imkanlar yaradır. Çünki həm bu ölkələrdə səhiyyə sahəsi inkişaf etmiş sahədir, orada təcrübə yüksək səviyyədədir və əlbəttə, həm xəstələrin müalicəsi, həm də təcrübə mübadiləsi məsələləri burada kompleks şəkildə həll olunur”.

“Bundan sonra da insanların sağlamlığının qorunması üçün bütün lazımi tədbirlər görüləcək. Mən bir daha qeyd etmək istəyirəm, – bunu dəfələrlə demişəm və Azərbaycan xalqı mövqeyimizi bilir, – bizim üçün birinci məsələ insanların həyatı, onların sağlamlığıdır”, – Prezident İlham Əliyev vurğulayıb.

Həmçinin oxuyun

Sakinlərin gündəlik tələbatı xidmət mərkəzində ödəniləcək – FOTO

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, həmin gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Camaldın kəndində xidmət …