Bazar ertəsi , Yanvar 27 2020
Home / Dünya / Siyasət / İlham Əliyev Naxçıvana iki milyon manat ayırdı

İlham Əliyev Naxçıvana iki milyon manat ayırdı

Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasında əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Naxçıvan Muxtar Respublikası ərazisində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, əhalinin içməli suya tələbatının ödənilməsi üçün subartezian quyularının layihələndirilməsi və qazılması məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə 2 250 000 (iki milyon iki yüz əlli min) manat ayrılıb.

Maliyyə Nazirliyi bu müvafiq məbləğdə maliyyələşməni təmin etməlidir.

Həmçinin oxuyun

Naxçıvanda 20 Yanvar faciəsinin otuzuncu ildönümü yad edilib – FOTO

Əliyev 2019-cu il dekbarın 13-də “20 Yanvar faciəsinin otuzuncu ildönümü haqqında” Sərəncam imzalamış, ölkəmizdə 20 …