Cümə axşamı , Sentyabr 17 2020
Home / Dünya / Siyasət / İlham Əliyev sinqapurlu həmkarını təbrik edib

İlham Əliyev sinqapurlu həmkarını təbrik edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sinqapur Respublikasının Prezidenti Həlimə Yaquba təbrik məktubu ünvanlayıb. 

MediAktiv.az-ın məlumatına görə, təbrik mətnində deyilir: 

“Hörmətli xanım Prezident,

Ölkənizin milli bayramı münasibətilə Sizə və dost Sinqapur xalqına öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı yetirirəm.

Azərbaycan-Sinqapur münasibətlərinin bugünkü səviyyəsi və beynəlxalq təsisatlar, xüsusən də Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlığımız məmnunluq doğurur.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, xalqınıza daim rifah diləyirəm”.

Həmçinin oxuyun

Sakinlərin gündəlik tələbatı xidmət mərkəzində ödəniləcək – FOTO

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, həmin gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Camaldın kəndində xidmət …