Çərşənbə , Aprel 8 2020
Home / Dünya / Siyasət / İstedadlı rəssam Babək Abuzərlinin yaradıcılığına həsr olunmuş tədbir keçirilib

İstedadlı rəssam Babək Abuzərlinin yaradıcılığına həsr olunmuş tədbir keçirilib

Fevralın 13-də Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan Dövlət Rəsm Qalereyasında tanınmış rəssam Babək Abuzərlinin yaradıcılığına həsr olunmuş tədbir keçirilib.
Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən MediAktiv.az -a verilən məlumata görə, Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin tabeliyində olan müəssisələrin əməkdaşlarının, Naxçıvan Muxtar Respublikasının Rəssamlar Birliyinin üzvlərinin və sənətkarın ailə üzvlərinin iştirak etdiyi tədbiri giriş sözü ilə Nazirliyin mədəni irs və muzey işi üzrə baş məsləhətçisi Qumral Əsədova açıb. O bildirib ki, muxtar respublikada rəssamlıq sənətinə xüsusi diqqət və qayğı göstərilir.

Sonra Naxçıvan Dövlət Rəsm Qalereyasının direktoru Hökümə Məmmədli çıxış edərək rəssamın həyat və yaradıcılığı haqqında məlumat verib.
Bildirilib ki, Babək Abuzərli 1944-cü ildə mart ayının 23-də Naxçıvan şəhərində ziyalı ailəsində dünyaya göz açıb. 1970-ci ildə SSRİ Rəssamlar Birliyinin və Azərbaycan Rəssamlar Birliyinin üzvü olub.

1985-ci ildə Naxçıvan rəssamlarının Moskva şəhərində keçirilən sərgisində Babək Abuzərlinin də əsərləri nümayiş etdirilib. 1995-ci ildə İran İslam Respublikasının Urmiya, Xoy, Mehabatan şəhərlərində keçirilmiş sərgidə rəssamın “Araz”, “Yanan ağaclar”, “Qış”, “Natürmort” və digər əsərləri sərgilənib.Sənətkar həm də Əbdürrəhim Bəy Haqverdiyevin “Bəxtsiz cavan” əsərinin tərtibatçı rəssamı olub.Babək Abuzərli 1989-cu ildən 2000-ci ilədək Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri vəzifəsində çalışıb.
Hökümə Məmmədli qeyd edib ki, 30 yanvar 2000-ci ildə Naxçıvan şəhərində vəfat edən rəssamın hazırda 13 ədəd rəsm əsəri Naxçıvan Dövlət Rəsm Qalereyasında mühafizə olunur.

Sonra rəssamın həyat yoldaşı Azadə Abuzərli və yaxınları çıxış edərək sənətkarla bağlı xatirələrini danışıb, tədbirin təşkilatçılarına təşəkkür ediblər.
Rəssamın əsərlərindən ibarət sərgiyə baxış keçirildikdən sonra tədbir yekunlaşıb.

Həmçinin oxuyun

Azərbaycan – Ermənistan qarşılaşması ləvğ olundu

Beynəlxalq Basketbol Federasiyası (FIBA) bu iyun yay ayında keçiriləcək bütün turnirləri ləğv edib.  MediAktiv.az qurumun rəsmi …