Bazar ertəsi , İyul 13 2020
Home / Manşet / Milli Məclisin komissiya sədrlərinin maaşı açıqlandı

Milli Məclisin komissiya sədrlərinin maaşı açıqlandı

Milli Məclisin İntizam, Toponomiya və Hesablayıcı komissiyalarının sədrlərinin maaşı açıqlanıb.

MediAktiv.az-ın xəbərinə görə, ”Milli Məclisi deputatının statusu haqqında” qanunun 21-ci maddəsində qeyd edilib ki, Milli Məclisin sədri 2 475 manat miqdarında aylıq vəzifə maaşı alır.

Milli Məclisin komitə və komissiya sədri Milli Məclis Sədrinin aylıq vəzifə maaşının 80 faizi (1 980 manat) miqdarında aylıq vəzifə maaşı alır.

Qeyd edək ki, hazırda Milli Məclisin İntizam komissiyasının sədri Eldar İbrahimov, Hesablayıcı komissiyasının sədri Fəttah Heydərov, Toponimiya komissiyasının sədri isə İsa Həbibbəylidir.

Həmçinin oxuyun

Müdafiə Nazirliyi: Ermənistan silahlı qüvvələri Tovuz rayonunun Ağdam kəndini 120 millimetrlik minaatanlardan atəşə tutub

Ermənistan silahlı qüvvələri Tovuz rayonunun Ağdam kəndini 120 millimetrlik minaatanlardan atəşə tutub. Bu barədə MediAktiv.az-a …