Bazar , İyun 7 2020
Home / Manşet / Milli Məclisin komitə iclaslarının videokonfrans vasitəsilə keçirilməsi təsdiqləndi

Milli Məclisin komitə iclaslarının videokonfrans vasitəsilə keçirilməsi təsdiqləndi

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Milli Məclisinin komitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanununu təsdiqləyib.

MediAktiv.az  xəbər verir ki, həmin qanunun 5-ci maddəsinə əlavə edilən dördüncü hissəyə əsasən, karantin rejiminin tətbiq edilməsi, sanitariya-epidemioloji və bu kimi digər tədbirlərlə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin 42 deputatının müraciəti əsasında Azərbaycan Respublikası Milli Məclisinin Sədri komitələrin iclaslarının müəyyən dövr üçün real vaxt rejimində videokonfrans sistemi vasitəsilə keçirilməsi barədə sərəncam qəbul edəcək. 

Videokonfrans sistemi vasitəsilə keçirilən komitə iclaslarında qeydiyyat və səsvermə deputatların gücləndirilmiş elektron imzaları vasitəsilə həyata keçiriləcək.

Bu Qanun 2020-ci il dekabrın 30-dək qüvvədədir.

Həmçinin oxuyun

Ermənistanda koronavirusdan ölənlərin sayı 190 nəfərə çatdı

Ermənistanda koronavirusa yoluxanların sayı 12 364 nəfərə çatıb. MediAktiv.az-ın erməni KİV-lərinə istinadən məlumatına görə, son …