Cümə , Mart 5 2021
Home / Manşet / Milli Məclisin növbədənkənar sessiyası keçiriləcək

Milli Məclisin növbədənkənar sessiyası keçiriləcək

Milli Məclisin yaz sessiyası mayın 31-də başa çatır və bu səbəbdən parlamentin növbədənkənar sessiyasının keçirilməsi nəzərdə tutulub.

MediAktiv.az-ın məlumatına görə, növbədənkənar sessiya çərçivəsində iyunun 1-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasının keçirilməsi planlaşdırılır.

Komitə iclasında “2019-cu il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi və “2019-cu il dövlət büdcəsinin icrası barədə” hesabat müzakirə olunacaq.

Sessiya çərçivəsində həmçinin plenar iclaslar da keçiriləcək. 

İclasların vaxtı barədə isə əlavə məlumat veriləcək.

Həmçinin oxuyun

Ərdoğan Makronla danışıqlardan danışdı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, fransız həmkarı Emmanuel Makronla müvəffəqiyyətli danışıqlar aparıb. Bu …