Şənbə , Noyabr 21 2020
Home / Dünya / Siyasət / Milli Məclisin növbəti iclasının vaxtı məlum olub

Milli Məclisin növbəti iclasının vaxtı məlum olub

Milli Məclisin növbəti plenar iclasının vaxtı açıqlanıb.

MediAktiv.az-ın məlumatına görə, növbəti iclas noyabrın 24-də keçiriləcək. İclasın gündəliyinə 6 məsələ daxildir.

İclasın gündəliyinə aşağıdakı məsələlər daxildir:

1. Vətən Müharibəsində qələbə münasibətilə Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (ikinci oxunuş).

2. “Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” adının təsis edilməsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi barədə (ikinci oxunuş).

3. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş).

4. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 100 illiyi (1920-2020)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (ikinci oxunuş).

5. “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (ikinci oxunuş).

6. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (ikinci oxunuş).

Həmçinin oxuyun

Qənimət kimi ələ keçirilən Ermənistanın hərbi texnikası Bakıya gətirilir (FOTO)

Sentyabr-noyabr aylarında davam etmiş Qarabağ müharibəsi zamanı qənimət kimi ələ keçirilmiş Ermənistanın hərbi texnikası dəmir …