Şənbə , May 8 2021
Home / Dünya / Siyasət / MN: Düşmən kvadrokopteri məhv edilib

MN: Düşmən kvadrokopteri məhv edilib

Azərbaycan Ordusuna məxsus zərbə PUA-nın cəbhə xəttində guya məhv edilməsi barədə Ermənistanın yaydığı məlumatın heç bir əsası yoxdur və yalandır.

Bu barədə MediAktiv.az-a Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.

“Tam əksinə, bu gün günorta saatlarında Ermənistan-Azərbaycan dövlət sərhədinin Daşkəsən rayonu sahəsində bölmələrimizin mövqeləri üzərində uçuş keçirməyə cəhd göstərən düşmən kvadrokopteri atıcı silahlardan açılan atəşlə məhv edilib”, – açıqlamada qeyd olunub.

Həmçinin oxuyun

Azərbaycan-Gürcüstan nümayəndə heyətlərinin geniş tərkibli görüşü keçirilir

Xarici işlər nazirlərinin başçılığı ilə Azərbaycan-Gürcüstan nümayəndə heyətlərinin geniştərkibli görüşü keçirilir. MEDIAKTIV.AZ-ın məlumatına görə, bu …