Bazar ertəsi , İyun 1 2020
Home / Dağlıq Qarabağ Münaqişəsi / MN: Düşmən snayper tüfənglərindən atəş açdı

MN: Düşmən snayper tüfənglərindən atəş açdı

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 24 dəfə pozub.

Bu barədə  Müdafiə Nazirliyindən verilən məlumata, əsasən , MediAktiv.az xəbər verir .

Ermənistan Respublikası İcevan rayonunun Ayqeovit kəndində yerləşən mövqelərdən Qazax rayonunun Bala Cəfərli kəndində, Berd rayonunun Ayqedzor kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Muncuqlu kəndində yerləşən Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Çiləbürt, Ağdam rayonunun Tağıbəyli, Baş Qərvənd, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qaraxanbəyli, Horadiz kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub.

Həmçinin oxuyun

Milli Məclisin rəhbərliyi və deputatlar iclasa tibbi maska ilə gəlib

Milli Məclisin yaz sessiyasının sonuncu plenar iclası keçirilir. MediAktiv.az  xəbər verir ki, iclasda Milli Məclisin …