Bazar ertəsi , İyul 13 2020
Home / Dünya / Siyasət / Moskva meri “Azərbaycan” pavilyonunun açılışından yazıb – FOTO

Moskva meri “Azərbaycan” pavilyonunun açılışından yazıb – FOTO

Rusiya paytaxtının meri Sergey Sobyanin özünün “Twitter” səhifəsində Moskvadakı Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində “Azərbaycan” pavilyonun açılışından yazıb. 

AZƏRTAC xəbər verir ki, Moskva meri “Azərbaycan” pavilyonunun yenidən qurulması üçün böyük işlər görüldüyünü bildirib.  

Vurğulayıb ki, gənc moskvalılar pavilyonu heç zaman belə görməyiblər. 1939-cu ildə inşa edilmiş binanın gözəlliyi və milli üslubda dekoru ilə ziyarətçiləri heyran qoyduğunu yazan S.Sobyanin 1960-cı ildə pavilyonun fasadının örtüldüyünü və binanın görünüşünün tamamilə dəyişdiyini qeyd edir.  

“Lakin bərpa işləri başlananda, ustalar panellər altında qalmış pavilyonun gözəlliyinə heyran oldular”, – deyə mer bildirib. 

Moskva meri yazır ki, yenidənqurma işləri zamanı mozaika, tarixi fənərlər və plafonlar, tavanın naxışları, rəngli şüşələrdən ibarət unikal vitrajlar bərpa edilib. S.Sobyanin “Çoban” və “Azərbaycan qadını” heykəllərinin Azərbaycan Milli İncəsənət Muzeyində saxlanan tökmələr əsasında bərpa olunduğunu da qeyd edib. 

Həmçinin oxuyun

İtaliyanın çoxsaylı kütləvi informasiya vasitələrində Ermənistanın təxribatını pisləyən yazılar dərc olunub

İtaliyanın çoxsaylı kütləvi informasiya vasitələrində, o cümlədən nüfuzlu İl Giornale qəzetinin İnside Over İtalia analitik-xəbər …