Çərşənbə axşamı , Noyabr 24 2020
Home / Dünya / Siyasət / Moskva və Bakının sülhün bərpası üzrə mövqeləri üst-üstə düşür – Lavrov

Moskva və Bakının sülhün bərpası üzrə mövqeləri üst-üstə düşür – Lavrov

Moskva və Bakının Dağlıq Qarabağda dinlərarası və millətlərarası sülhün bərpası üçün şəraitin yaradılması ilə bağlı mövqeləri üst-üstə düşür.

MediAktiv.az-ın “TASS”a istinadən verdiyi məlumata görə, bunu Rusiya XİN rəhbəri Sergey Lavrov Rusiya nümayəndə heyətinin Azərbaycana səfərinin yekunları üzrə bildirib.

S.Lavrov deyib: “Dinlərarası, millətlərarası sülhün, bir yerdə yaşamanın və barışığın bərpası üçün şəraitin yaradılması zərurəti ilə bağlı mövqelərimiz tamamilə üst-üstə düşür”.

XİN rəhbəri əlavə edib ki, bugünkü danışıqlar zamanı tərəflər buna töhfə verəcək və Rusiya Federasiyasının Azərbaycan və Ermənistan tərəfləri ilə birlikdə həyata keçirəcəyi bir sıra konkret istiqamətləri müzakirə ediblər

Həmçinin oxuyun

Naxçıvan nümayəndəliyinin rəhbəri İran səfiri ilə görüşüb-FOTO

Bu gün Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov İran İslam Respublikasının …