Çərşənbə axşamı , Aprel 7 2020
Home / Dünya / Siyasət / MSK daha 4 məntəqənin nəticələrini etibarsız saydı

MSK daha 4 məntəqənin nəticələrini etibarsız saydı

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 30 saylı Suraxanı birinci seçki dairəsindən namizəd Samirə Rəfullayevanın müraciətinə baxılıb.

MediAktiv.az xəbər verir ki, məsələ ilə bağlı MSK üzvü İlham Məmmədov məlumat verib.

MSK üzvü bildirib ki, namizəd müraciətində bir çox seçki məntəqələrində olduğunu qeyd edib:

“Araşdırma ilə bağlı şikayətçi ilə əlaqə saxlanılıb. Şikayətlə əlaqədar DSK-dan müvafiq sənədlər alınıb və araşdırılıb. Araşdırma nəticəsində 12, 14, 16 və18 saylı məntəqələrdə qanun pozuntuları aşkar edilib. Bununla əlaqədar 4 məntəqədə səsvermənin nəticələri etibarsız sayılmalıdır”.

İclasda həmin dairənin 4 seçki məntəqəsi (12, 14, 16 və 18 saylı) üzrə səsvermənin nəticələrinin etibarsız hesab edilməsi məsələsi müzakirəyə çıxarılıb və qəbul edilib.

Qeyd edək ki, 4 məntəqənin nəticələrinin ləğv edilməsi lider namizədin dəyişməsinə səbəb olmayıb.

Həmçinin oxuyun

Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosundan Dağlıq Qarabağda qondarma “seçkilər”lə bağlı AÇIQLAMA

Cari ilin 4 aprel tarixində Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosu Azərbaycan Respublikasının işğal edilmiş ərazilərində təşkil …