Bazar ertəsi , Avqust 10 2020
Home / Manşet / Müdafiə Nazirliyi: İtki verən düşmən geri oturdulub, şəhidlərimiz var

Müdafiə Nazirliyi: İtki verən düşmən geri oturdulub, şəhidlərimiz var

Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşlərindən istifadə edərək hücuma keçməyə cəhd göstərib.

Müdafiə Nazirliyindən MediAktiv.az-a verilıən məlumata görə, görülən adekvat tədbirlər nəticəsində düşmənə zərbə endirilib və o, itki verərək geri otuzdurulub.
Döyüş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçularından 2 nəfər şəhid olub, 5 nəfər isə yaralanıb.
Müdafiə Nazirliyinin rəhbərliyi şəhid olanların ailələrinə başsağlığı verir və səbr diləyir. Allah rəhmət eləsin!

Həmçinin oxuyun

“TurAZ Qartalı – 2020” təlimlərində helikopterlərin uçuşları keçirilib

Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin “TurAz Qartalı – 2020” birgə taktiki-uçuş təlimlərinin birinci mərhələsi …