Cümə axşamı , Dekabr 3 2020
Home / Dünya / Siyasət / Müdafiə Nazirliyi sosial şəbəkə istifadəçilərini yalnız nazirliyin rəsmi məlumatlarına istinad etməyə çağırır

Müdafiə Nazirliyi sosial şəbəkə istifadəçilərini yalnız nazirliyin rəsmi məlumatlarına istinad etməyə çağırır

Son günlər bəzi sosial şəbəkə istifadəçiləri əməliyyatların aparıldığı istiqamət və cari vəziyyətlə bağlı müxtəlif şəxsi fikirlər paylaşaraq hadisələri qabaqlamağa çalışırlar.

Bildiririk ki, bu cür addımlar həm məxfilik rejiminin pozulmasına, həm də hərbi qulluqçularımızın həyatının təhlükəyə atılmasına səbəb ola bilər.
Bütün bunları nəzərə alaraq sosial şəbəkə istifadəçiləri və KİV nümayəndələrini rəsmi surətdə öz təsdiqini tapmamış məlumatları yaymamağa və yalnız Müdafiə Nazirliyinin rəsmi məlumatlarına istinad etməyə çağırırıq.

Həmçinin oxuyun

Yerevanda etirazçılar Paşinyanın istefasını tələb edirlər

Ermənistanın paytaxtı Yerevanda etiraz aksiyaları davam edir. MediAktiv.az-ın erməni KİV-lərinə istinadən verdiyi məlumata görə, etirazçılar ölkənin …