Cümə axşamı , Noyabr 26 2020
Home / Dünya / Siyasət / Münaqişənin həll prosesi Ermənistanın işğal olunmuş əraziləri tərk etməsi ilə başlana bilər – Hikmət Hacıyev

Münaqişənin həll prosesi Ermənistanın işğal olunmuş əraziləri tərk etməsi ilə başlana bilər – Hikmət Hacıyev

Azərbaycan öz ərazilərini işğaldan azad edir.

MediAktiv.az-n məlumatına görə, bunu bu gün xarici ölkələrin səfirləri, Azərbaycan Respublikasında akkreditə olunmuş xarici hərbi attaşelərə və beynəlxalq təşkilatların (BMT, Aİ, BQXK) ölkəmizdəki nümayəndələri üçün keçirilər brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

H.Hacıyev deyib ki, münaqişənin həlli prinsipləri müəyyən edilib: “Lakin münaqişənin həlli prosesinə Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərini tərk etməsi ilə başlana bilər. Bu münaqişə Azərbaycanın ərazi bütövlünün bərpa edilməsi və BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında həll edilə bilər”.

Həmçinin oxuyun

İşğaldan azad olunmuş Kəlbəcərə doğru irəliləyən bölmələrimizin videogörüntüsü

Müdafiə Nazirliyi işğaldan azad olunmuş Kəlbəcər rayonuna doğru irəliləyən bölmələrimizin videogörüntüsünü yayıb. MediAktiv.az həmin görüntünü təqdim …