Cümə axşamı , Aprel 2 2020
Home / Dünya / Siyasət / Naxçıvanda Ali Məclisin sessiyası çağırıldı

Naxçıvanda Ali Məclisin sessiyası çağırıldı

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin bu barədə müvafiq qərarını Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov dekabrın 17-də imzalayıb.

MediAktiv.Az-ın məlumatına görə, qərarda deyilir;

“Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 18-ci maddəsinin I hissəsini rəhbər tutaraq Naxçıvan Muxtar Respublikasının Ali Məclisi qərara alır:

I. Beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin on birinci sessiyası 2019-cu il dekabr ayının 21-də saat 11:00-da Naxçıvan şəhərində çağırılsın.

II. Sessiyanın müzakirəsinə aşağıdakı məsələlər verilsin:

1. 2019-cu ildə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunları

2. Naxçıvan Muxtar Respublikasının 2020-ci il dövlət büdcəsinin təsdiq edilməsi

3. Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2020-ci il büdcəsinin təsdiq edilməsi

4. İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsinin təsdiq edilməsi

5. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) hesabatı

6. Naxçıvan Muxtar Respublikasının qanunlarında dəyişikliklər edilməsi

III. Sessiyanın iclasına aidiyyəti təşkilatların rəhbərləri və dövlət mətbuat orqanlarının nümayəndələri dəvət olunurlar”.

Həmçinin oxuyun

Dağlıq Qarabağdakı separatçı rejimi heç bir dövlət tanımır – BƏYANAT

“ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrindən heç biri və ya digər dövlətlət Dağlıq Qarabağı müstəqil və suveren …