Bazar , Yanvar 19 2020
Home / Dünya / Siyasət / Nazir müavini: Sentyabrda Rusiya Xəzər konvensiyasını təsdiq edəcək

Nazir müavini: Sentyabrda Rusiya Xəzər konvensiyasını təsdiq edəcək

Xəzər dənizində yeni Trans-Xəzər layihələrinin inkişaf etdirilməsi istiqamətində əməkdaşlığımızı davam etdirəcəyik. 

Mediaktiv.az xəbər verir ki, bu sözləri Xarici İşlər nazirinin müavini Xələf Xələfov “Caspian Energy” forumunda çıxışı zamanı deyib.

O bildirib ki, sentyabrda Rusiya Dövlət Duması Xəzər konvensiyasını qəbul edəcək:

“Bildiyiniz kimi, Azərbaycan, Qazaxıstan və Türkmənistanın dünya okeanına çıxışı yoxdur. Lakin bu çıxış Rusiya və İran vasitəsilə mümkün ola bilər. Bu ölkələr də bu istiqamətdə öz tərəfdaşlıqlarını qonşu ölkələrə də təqdim etməkdə israrlıdırlar.

Ümumilikdə, bu məsələnin konvensiyada öz əksini tapması müsbət haldır. Çünki Xəzər dənizi üzrə danışıqlar artıq başa çatıb. Konvensiya üç ölkə tərəfindən ratifikasiya olunub.

Ümid edirik ki, sentyabr ayında Rusiya Dövlət Duması və Federasiya Şurası tərəfindən bu konvensiya öz təsdiqini tapacaq. Düşünürəm, artıq bundan sonra estafet İranda qalır. İnanıram ki, İran da öz rolunu lazımi istiqamətdə oynayacaq”.

Həmçinin oxuyun

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xoşbəxt Yusifzadənin 90 illik yubileyi münasibətilə keçirilən mərasimdə iştirak ediblər

Yanvarın 14-də görkəmli neftçi-alim və geoloq, SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadənin 90 illik yubileyi …