Çərşənbə , Yanvar 20 2021
Home / Dünya / Siyasət / Oqtay Əsədov Milli Məclisin bu komitəsinə üzv olacaq

Oqtay Əsədov Milli Məclisin bu komitəsinə üzv olacaq

Milli Məclisin keçmiş sədri Oqtay Əsədovun üzv olacağı komitə müəyyənləşib.

MediAktiv-ın xəbərinə görə, parlamentin sabiq sədri Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü olacaq.

Məsələ qanunverici orqanın martın 13-də keçiriləcək iclasında müzakirə ediləcək və qərar veriləcək. 

Həmin komitənin sədri Ziyafət Əsgərovdur.

Qeyd edək ki, 1955-ci il təvəllüdlü O.Əsədov 2000-ci ildə Milli Məclisin deputatıdır. O, 2005-2020-ci illərdə parlamentin sədri olub.

Həmçinin oxuyun

Ceyhun Bayramov Pakistanda Azərbaycan Səfirliyini ziyarət edib

Xarici işlər naziri Ceyhun Bayramov Pakistana rəsmi səfəri çərçivəsində AR-in İslamabaddakı Səfirliyini ziyarət edib MEDIAKTIV.AZ bu …