Cümə , İyun 18 2021
Home / Dünya / Siyasət / Ötən sutka ərzində düşmən humanitar atəşkəs rejimini dəfələrlə pozub – Müdafiə Nazirliyi

Ötən sutka ərzində düşmən humanitar atəşkəs rejimini dəfələrlə pozub – Müdafiə Nazirliyi

Ötən sutka ərzində düşmən humanitar atəşkəs rejimini dəfələrlə pozub.

Bunu bu gün Azərbaycan Respublikasında akkreditə olunmuş xarici hərbi atteşelərə və beynəlxalq təşkilatların (BMT, Aİ, BQXK) ölkəmizdəki nümayəndələri üçün keçirilən brifinqdə Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov bildirib.

A.Eyvazov deyib ki, Azərbaycan yeni humanitar atəşkəs rejiminə riayət edir: “Ordumuz düşmənin təxribatları ilə əlaqədar yalnız adekvat tədbirlər görür. Ermənistan vəziyyəti gərginləşdirməyə hesablanmış təxribatçı hərəkətlərə son qoymalıdır. Ermənistan dərk etməlidir ki, bərpa edilən sərhədlər münaqişə zonası deyil, dövlət sərhədinin toxunulmazlığı təmin edilməlidir. Azərbaycan öz ərazilərini təhdid edən istənilən legitim hədəfləri yerləşdiyi ərazidən asılı olmayaraq məhv etmək hüququna malikdir”.

Həmçinin oxuyun

Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Milli Məclisin xüsusi iclası keçiriləcək

Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Milli Məclisin xüsusi iclası keçiriləcək. MEDIAKTIV.AZ-ın …