Cümə axşamı , Aprel 22 2021
Home / Dünya / Siyasət / Paşinyan ordunun zəif olduğunu deyən iş adamına nazir vəzifəsi verdi

Paşinyan ordunun zəif olduğunu deyən iş adamına nazir vəzifəsi verdi

Cəbhədə vəziyyətin acınacaqlı olmasından bəhs edən iş adamı Vaan Kerobyan Erməstanda iqtisadiyyat naziri təyin olunub.

MediAktiv.az xəbər verir ki, V.Kerobyanın bir neçə gün öncə Qarabağda ikən “Al Jazeera”ya verdiyi açıqlama diqqətdən yayınmayıb.

“Vəziyyətlə bağlı müxtəlif tezislər var idi: bizim ordu güclüdür, böyükdür, biz hər şeyi edə bilərik və s. Ancaq ictimaiyyətdə heç kəs gerçək durumu bilmirdi. İndi layiq olduğumuz nəticəni əldə etmişik”, – V.Kerobyan söyləyib.

Qeyd edək ki, V.Kerobyan bu vəzifədə noyabrın 24-də istefa verən Tiqran Xaçatryanı əvəzləyib.

Həmçinin oxuyun

Azərbaycan XİN Ermənistan XİN-ə cavab verib

“Azərbaycan Respublikasının Prezidenti hər zaman olduğu kimi, fikirlərini kifayət qədər aydın və konkret şəkildə ifadə …