Cümə , Avqust 7 2020
Home / Dünya / Siyasət / Prezident bu alimlərə fəxri adlar verdi

Prezident bu alimlərə fəxri adlar verdi

MediAktiv.Az-ın məlumatına görə Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun əməkdaşlarına fəxri adların verilməsi haqqında sərəncam imzalayıb. 

Sərəncama əsasən, Azərbaycanda neft-kimya elminin inkişafındakı xüsusi xidmətlərinə görə Əlimərdanov Hafiz Mütəllim oğlu, Həsənov Arif Həsən oğlu və İbrahimov Hikmət Camal oğluna “Əməkdar elm xadimi”, Abdullayev Elmar Şahmar oğluna isə “Əməkdar mühəndis” fəxri adı verilib.

Həmçinin oxuyun

İlham Əliyev: “Böyük layihələrin icrasında ictimaiyyət nümayəndələri iştirak etməlidir”

“Xərclərə dövlət nəzarəti mexanizmi daha da təkmil olmalıdır. Burada, əlbəttə ki, dövlət qurumları konkret əlavə …