Cümə axşamı , Avqust 13 2020
Home / Manşet / Prezident İlham Əliyev Monqolustan Prezidentini təbrik edib

Prezident İlham Əliyev Monqolustan Prezidentini təbrik edib

Prezident İlham Əliyev Monqolustanın Prezidenti Xaltmaaqiyn Battulqaya təbrik məktubu göndərib.

Təbrikdə deyilir: “Hörmətli cənab Prezident, Monqolustanın milli bayramı münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

İnanıram ki, xoş ənənələrə əsaslanan Azərbaycan-Monqolustan münasibətləri həm ikitərəfli, həm də beynəlxalq müstəvidə bundan sonra da uğurla davam edəcəkdir.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə müvəffəqiyyətlər, dost Monqolustan xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram”.

Həmçinin oxuyun

Bölgədəki seysmoloji gərginlik “Metsamor” AES-i real fəlakət mənbəyinə çevirib

İstismar müddəti çoxdan başa çatan, artıq qəzalı vəziyyətdə olduğu üçün dəfələrlə işi dayandırılan Ermənistanın “Metsamor” …