Çərşənbə , İyul 15 2020
Home / Dünya / Siyasət / Prezident İlham Əliyev Qurbanqulu Berdiməhəmmədova telefonla zəng edib

Prezident İlham Əliyev Qurbanqulu Berdiməhəmmədova telefonla zəng edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 29-da Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədova telefonla zəng edib.

MediAktiv.az-ın məlumatına görə, dövlətimizin başçısı Qurbanqulu Berdiməhəmmədovu ad günü münasibətilə təbrik edib, ona möhkəm cansağlığı və Türkmənistanın firavanlığı naminə fəaliyyətində yeni-yeni uğurlar arzulayıb.

Türkmənistan Prezidenti göstərilən diqqətə və təbrikə görə dövlətimizin başçısına minnətdarlığını bildirib.

Telefon söhbəti zamanı Azərbaycanla Türkmənistan arasında dostluq münasibətlərinin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə edilib, əməkdaşlığımızın uğurla davam etdiriləcəyinə əminlik bildirilib.

Həmçinin oxuyun

Azərbaycanın XİN rəhbəri İtaliyaya dəstəyə görə təşəkkür edib

Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarov və İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq Naziri …