Bazar , Sentyabr 19 2021
Home / Dünya / Siyasət / Prezident İlham Əliyevin xalqa müraciəti Milli Məclisin plenar iclasında da yayımlanıb

Prezident İlham Əliyevin xalqa müraciəti Milli Məclisin plenar iclasında da yayımlanıb

Bu gün Prezident İlham Əliyevin xalqa müraciəti Milli Məclisin plenar iclasında da yayımlanıb.

MediAktiv.az-ın məlumatına görə, Milli Məclisin sədri Sahibə Qafarovanın təşəbbüsü ilə plenar iclas dayandırılıb və Prezident İlham Əliyevin xalqa müraciəti iclas zalında yayımlanıb.

Milli Məclisin iclasında işirak edən deputatlar və iclası işıqlandıran mətbuat nümayəndələri Prezidentin xalqa müraciətini canlı izləmək imkanı əldə ediblər.

Qeyd edək ki, bu gün Azərbaycan Prezidenti İlham Əliyev Ağdamın 10 noyabrda Azərbaycan və Rusiya Prezidentləri və Ermənistan baş naziri tərəfindən imzalanan bəyanata əsasən işğaldan azad olunması münasibətilə xalqa müraciət edib.

Həmçinin oxuyun

Türkiyə və ABŞ müdafiə nazirləri arasında telefon danışığı olub

Türkiyənin müdafiə naziri Hulusi Akar ilə amerikalı həmkarı Lloyd Ostin arasında telefon danışığı olub. MEDIAKTIV.AZ-ın …