Çərşənbə axşamı , İyul 14 2020
Home / Dünya / Siyasət / Prezidentin mətbuat katibi İlham Əliyev və Nikol Paşinyan arasında təmas barədə informasiyanı şərh etdi

Prezidentin mətbuat katibi İlham Əliyev və Nikol Paşinyan arasında təmas barədə informasiyanı şərh etdi

Azərbaycan Prezidentinin mətbuat katibi Azər Qasımov “Day.az”a Aşqabadda sammit çərçivəsində Prezident İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında təmas barədə informasiyanı şərh edib. 

Mediaktiv.az A.Qasımovun fikirlərini təqdim edir:

– Ermənistan baş nazirinin mətbuat katibi informasiya şəbəkələrində Aşqabadda sammit çərçivəsində Prezident İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında təmas barədə informasiya yayıb. Bununla əlaqədar nə deyə bilərsiniz?

– Sammitdə iştirak edən dövlət başçılarının şərəfinə təşkil olunmuş rəsmi nahar zamanı protokol qaydalarına uyğun olaraq əlifba sırası ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan yanaşı əyləşiblər. Təbii ki, orada təmas olub. Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi müzakirə olunub.

Həmçinin oxuyun

Mövlud Çavuşoğlu: “Can Azərbaycana canımız fəda”

Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu sosial şəbəkədəki hesabında Azərbaycanla bağlı paylaşım edib. MediAktiv.az-ın məlumatına …