Bazar , Sentyabr 19 2021
Home / Dünya / Siyasət / Putin Azərbaycanın Birinci vitse-prezidentini təbrik etdi

Putin Azərbaycanın Birinci vitse-prezidentini təbrik etdi

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya təbrik məktubu yazıb.

MediAktiv.az- in xəbərinə görə, məktubda deyilir:

“Hörmətli Mehriban Arif qızı,

Ad gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

Siz Rusiyanın əsl dostu kimi ölkələrimiz arasında strateji tərəfdaşlıq münasibətlərinin möhkəmləndirilməsinə əhəmiyyətli töhfə verirsiniz. Əminəm ki, bu münasibətlər bundan sonra da Rusiya və Azərbaycan xalqlarının rifahı naminə bütün sahələrdə səmərəli inkişaf edəcək.

Hörmətli Mehriban Arif qızı, Sizə səmimi qəlbdən möhkəm cansağlığı, firavanlıq və dövləti fəaliyyətinizdə uğurlar arzulayıram. Ailənizə mənim səmimi salamlarımı çatdırmağınızı xahiş edirəm”.

Həmçinin oxuyun

Türkiyə və ABŞ müdafiə nazirləri arasında telefon danışığı olub

Türkiyənin müdafiə naziri Hulusi Akar ilə amerikalı həmkarı Lloyd Ostin arasında telefon danışığı olub. MEDIAKTIV.AZ-ın …