Şənbə , Yanvar 23 2021
Home / Dünya / Siyasət / Putin ilk dəfə istirahət otağını jurnalistlərə göstərdi

Putin ilk dəfə istirahət otağını jurnalistlərə göstərdi

Rusiya prezidenti Vladimir Putin Novo-Oqarevoda iqamətgahındakı otağını ilk dəfə jurnalistlərə göstərib.

MediAktiv.az xəbər verir ki, bu barədə “Rossiya 1” telekanalının “Moskva. Kreml. Putin” proqramında bildirilib.

Kadrlarda otağın açıq rənglərdə hazırlandığı görünür.

Bundan başqa, otaqda divan, iki kreslo, televizor və kiçik masa yerləşir. Prezidentlə müsahibə də həmçinin burada hazırlanıb.

Bira istirahət otağı adlanır. Telekanalın müxbiri bildirib ki, indiyə qədər otaqda nələrin olduğunu heç kim görməyib.

Dövlət başçısı jurnalistləri otağına dəvət edib. Putin onlarla söhbətin gedişatında Dağlıq Qarabağda münaqişənin dayandırılması üzrə sazişin imzalanması prosesindən danışıb.

Həmçinin oxuyun

Türkiyə XİN: Azərbaycan ilə Türkmənistan arasında imzalanan Anlaşma Memorandumunu məmnuniyyətlə qarşılayırıq

Azərbaycan ilə Türkmənistan arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi …