Şənbə , Yanvar 16 2021
Home / Dünya / Siyasət / Qarabağda bu günə qədər 2425 erməni əsgərinin öldüyü təsdiqləndi

Qarabağda bu günə qədər 2425 erməni əsgərinin öldüyü təsdiqləndi

Sentyabrın 27-dən bu günə qədər Qarabağ müharibəsində 2425 erməni əsgərinin öldüyü təsdiq edilib.

MediAktiv.az-ın məlumatına görə, bu barədə Ermənistanın səhiyyə naziri Arsen Torosyan jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, bu, məhkəmə tibbi ekspertizasından keçmiş hərbçilərin cəsədləri ilə bağlı faktiki məlumatlardır.

“Dünən axşam etibarilə bu rəqəm 2425 idi. Eyni zamanda, təxminən 250 cəsədin kimliyi müəyyən edilməyib” – deyə, o qeyd edib.

Qeyd edək ki, Ermənistan hökuməti Qarabağ müharibəsindəki real itkilərini məqsədyönlü şəkildə gizlədir.

Həmçinin oxuyun

Ceyhun Bayramov Pakistanda Azərbaycan Səfirliyini ziyarət edib

Xarici işlər naziri Ceyhun Bayramov Pakistana rəsmi səfəri çərçivəsində AR-in İslamabaddakı Səfirliyini ziyarət edib MEDIAKTIV.AZ bu …