Şənbə , Yanvar 23 2021
Home / Dünya / Siyasət / Qarabağda “İsgəndər” raketindən istifadə etdik” deyən erməni general saxlanıldı

Qarabağda “İsgəndər” raketindən istifadə etdik” deyən erməni general saxlanıldı

Qarabağda “İsgəndər” raketindən istifadə etdik” deyən Ermənistan Baş Qərargahının keçmiş rəhbəri general-polkovnik Movses Akopyan Ermənistanın Xüsusi İstintaq Xidmətinə çağırılıb.

MediAktiv.az-ın erməni KİV-lərinə istinadən verdiyi xəbərə görə, bu barədə M.Akopyanın özü məlumat verib.

General-polkovnik Xüsusi İstintaq Xidmətində dindirilməsinin təfərrüatları barədə məlumat verməyib.

Qeyd edək ki, daha əvvəl M.Akopyan Dağlıq Qarabağ münaqişənin eskalasiyası dövründə Ermənistanın “İsgəndər” operativ-taktiki raket kompleksini tətbiq etdiyini bildirib: “İsgəndər” tətbiq olunub. Amma hansı istiqamətdə atıldığını deyə bilmərəm”.

Həmçinin oxuyun

Türkiyə XİN: Azərbaycan ilə Türkmənistan arasında imzalanan Anlaşma Memorandumunu məmnuniyyətlə qarşılayırıq

Azərbaycan ilə Türkmənistan arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi …