Çərşənbə , Oktyabr 23 2019
Home / Dünya / Siyasət / Rafael Cəbrayılovdan deputat vəsiqəsini girov qoyması xəbərinə – REAKSİYA

Rafael Cəbrayılovdan deputat vəsiqəsini girov qoyması xəbərinə – REAKSİYA

Deputat Rafael Cəbrayılov kütləvi informasiya vasitələrində haqqında yazılan məlumatlara aydınlıq gətirib.

R.Cəbrayılov  deyib ki, son dövrlərdə ona qarşı ləkələmə kampaniyası gedir:

“Təəssüf edirəm ki, bu məqsədə nail olmaq üçün bir sıra jurnalistlərdən də istifadə olunur. Jurnalist araşdırması aparmadan, məsələnin məğzini bilmədən yalnız bir tərəfin verdiyi informasiyanı yaymaq jurnalist fəaliyyətinə ziddir”.

Onun sözlərinə görə, son dövrdə tikinti biznesi ilə məşğul olan qardaşları, habelə özü ilə bağlı reallığa uyğun olmayan informasiyalar müxtəlif saytlarda yayılır:

R.Cəbrayılov buna görə, təəssüfləndiyini bildirib.

Qeyd edək ki, yayılan xəbərlərə görə, R.Cəbrayılov borca görə məhkəməyə verilib.

Məlumata görə, deputat ev tikmək üçün notariat qaydasında təsdiq olunmuş şəkildə 9 sentyabr 2015-ci ildə 300 min ABŞ dolları məbləğində borc alıb. Ona borc verən şəxslə deputat ailəvi yaxın münasibətlərdə olub.

“Report” bildirib ki, deputat borcu vaxtında ödəyə bilməyib.

“R.Cəbrayılov hətta borcu vəd etdiyi vaxtında qaytara bilməsi üçün zəmanət kimi III və IV çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatının vəsiqəsinin əslini girov qoyub”, – deyə yazıda vurğulanıb.

Məlumata görə, borcun qaytarılmadığnı görən Fətəliyeva Təranə Rasim qızı Abşeron Rayon Məhkəməsinə müraciət edib.

“Məhkəmə iddiaçının xeyrinə 15 fevral 2019-cu ildə qiyabi qətnamə qəbul edib. Cavabdeh şəxs, Rəfael Cəbrayılov məhkəmənin qərarı ilə razılaşmayaraq, apellyasiya şikayəti verib. Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb”, – deyə məlumatda bildirilib.

Həmçinin oxuyun

Prezident qanunsuz tikililərdən danışdı: “Vətəndaşlar köçürülməli, verilən kompensasiya onları qane etməlidir”

Biz onu da bilirik ki, hazırda iqtisadi inkişafımızın artımının əsas səbəblərindən biri dövlət investisiyalarıdır. Biz …