Bazar , İyun 20 2021
Home / Dünya / Siyasət / Rusiya XİN rəhbəri bu gün Ermənistana gedəcək

Rusiya XİN rəhbəri bu gün Ermənistana gedəcək

Bu gün Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistana səfər edəcək.

MEDIAKTIV.AZ-ın məlumatına görə, Rusiya XİN rəhbəri 5 mayda Yerevana səfər etsə də, rəsmi görüşləri bir gün sonra, 6 mayda baş tutacaq.

Daha sonra Sergey Lavrov mayın 10-11-də Azərbaycanda işgüzar səfərdə olacaq.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, Lavrov Ermənistan və Azərbaycan rəhbərliyi ilə danışıqlar aparacaq:

“İkitərəfli və regional əməkdaşlıq məsələlərinin geniş spektrinin, habelə beynəlxalq arenada qarşılıqlı əlaqələrin nəzərdən keçirilməsi gözlənilir. Əsas diqqət Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli bəyanatlarının həyata keçirilməsinə yönələcək”, – o vurğulayıb.

Həmçinin oxuyun

Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Milli Məclisin xüsusi iclası keçiriləcək

Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Milli Məclisin xüsusi iclası keçiriləcək. MEDIAKTIV.AZ-ın …