Bazar , Dekabr 15 2019
Home / Dünya / Siyasət / Rusiyalı deputat Mehriban Əliyevanın Moskva səfərini şərh etdi: Əlaqələrin əhəmiyyəti daha da artır

Rusiyalı deputat Mehriban Əliyevanın Moskva səfərini şərh etdi: Əlaqələrin əhəmiyyəti daha da artır

Son bir neçə ildə Rusiya ilə Azərbaycan arasında iqtisadi, siyasi və mədəni sahələrdə münasibətlər intensiv inkişaf edir.

Bunu Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri, Dövlət Dumasının deputatı Dmitri Savelyev deyib.

O bildirib ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Rusiya-Azərbaycan regionlararası forumla bağlı səfəri əlaqələrin əhəmiyyətini daha da artırır.

“Deyərdim ki, Azərbaycan Rusiyanın yeganə etibarlı tərəfdaşıdır. Bu forumun Moskvada baş tutması bizim üçün çox vacibdir. Moskvada nəqliyyat forumu keçirildi və buraya Azərbaycan da qatılmışdı”.

Rusiyalı deputat turizm sahəsində əməkdaşlığın vacibliyini da qeyd edib.

“Turizm ölkələrimiz arasında ikitərəfli münasibətlərin möhkəmlənməsinə yardım edən çox vacib sahədir. Həqiqətən də, ruslar Azərbaycana nə qədər çox qonaq gəlsələr, o qədər də ölkəni çox sevəcəklər. Bir rus atalar sözü var: “On dəfə eşitməkdənsə, bir dəfə görmək daha yaxşıdır”. Azərbaycana girən ruslar oradan laqeyd qayıtmırlar. Bu, çox vacibdir”.

Həmçinin oxuyun

Türkiyə nümayəndə heyəti Azərbaycan Hərbi Dəniz Qüvvələrinin təlim məşqlərini izləyib

Bakıda səfərdə olan Türkiyə Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti Azərbaycan Hərbi Dəniz Qüvvələrinin praktiki təlim …