Çərşənbə axşamı , Oktyabr 15 2019
Home / Dünya / Siyasət / Səməd Seyidov: Azərbaycanın getdiyi yol ümummilli lider Heydər Əliyevin miras qoyduğu böyük bir fəlsəfədir

Səməd Seyidov: Azərbaycanın getdiyi yol ümummilli lider Heydər Əliyevin miras qoyduğu böyük bir fəlsəfədir

Azərbaycanın getdiyi yol məhz ümummilli lider Heydər Əliyevin göstərdiyi və bizə miras qoyduğu böyük bir fəlsəfədir. Bunu Trend-ə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib.

S.Seyidov qeyd edib ki, artıq ulu öndər Heydər Əliyevin fəlsəfəsi, yaratdığı dövlət təkcə regionda deyil, dünyada öz həqiqətini sübut etmiş müasir bir cərəyandır:

“Bu nöqteyi-nəzərdən Heydər Əliyevin yaratdığı və bizə miras qoyduğu fəlsəfənin bu gün yalnız Azərbaycanda deyil, bütün dünyada öyrənilməsinə başlanılıb. Bu da təsadüf deyil. Çünki hazırda bir çox yerlərdə müharibələr gedir, vəziyyət çətindir, bir çox ölkələr böhran içərisindədir və s. Ancaq Azərbaycan tamamilə başqa bir istiqamət götürərək inkişaf edir. Düzdür, çətinliklər var, heç kim çətinlikləri inkar etmir, Azərbaycan ayrı planetdə olan dövlət deyil. Lakin hər bir halda, müqayisə edərkən şahidi oluruq ki, Heydər Əliyevin yaratdığı, bizə miras qoyduğu, tövsiyə etdiyi, vəsiyyət etdiyi məsələlər öz tarixi həqiqətini tapıb”.

Millət vəkili əlavə edib ki, 1990-cı illərin əvvəlindəki çətin dövr, Azərbaycanın müstəqillik əldə etdiyi ilk illər bu gün başqa ölkələrdə, başqa coğrafiyalarda ciddi təhlil olunmalıdır:

“Ona görə ki, konfliktin içərisindən çıxmaq, vətəndaş müharibəsinin qarşısını almaq, iqtisadiyyatı yüksəltmək – bütün bunlar konkret olaraq dərslərdir. Bir daha qeyd edirəm ki, Azərbaycanın getdiyi yol məhz Heydər Əliyevin bu istiqamətdə göstərdiyi və bizə miras qoyub getdiyi böyük bir fəlsəfədir. Bu baxımdan Azərbaycanın həqiqəti, Azərbaycanın inkişafı, Prezident İlham Əliyevin apardığı siyasət məhz Heydər Əliyevin siyasətinə bir dəstəkdir, cavabdır, onun davamıdır”.

Həmçinin oxuyun

Ərdoğan Azərbaycana təşəkkür etdi

Başda Azərbaycan olmaqla “Sülh çeşməsi” əməliyyatında yanımızda olan hər kəsə təşəkkür edirəm.  AZƏRTAC xəbər verir ki, …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir