Çərşənbə , Oktyabr 28 2020
Home / Dünya / Siyasət / Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib

Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Prezident İlham Əliyevə təbrik məktubu göndərib. 

MediAktiv.az xəbər verir ki, məktubda deyilir: 

“Hörmətli İlham Heydər oğlu.

Fevralın 9-da Azərbaycan Respublikası Milli Məclisinə sabitlik və demokratiya şəraitində keçirilmiş seçkilərdə Sizin rəhbərlik etdiyiniz Yeni Azərbaycan Partiyasının qazandığı qələbə münasibətilə səmimi təbriklərimi qəbul edin.

Əminəm ki, yeni formalaşan parlamentin məhsuldar fəaliyyəti respublika həyatının ictimai-siyasi və iqtisadi sahələrində tərəqqiyə, Azərbaycanın sürətli inkişafına, həmçinin dövlətin beynəlxalq aləmdə nüfuzunun artmasına kömək edəcək.

Şübhəsiz ki, Özbəkistan və Azərbaycan arasında strateji tərəfdaşlığa əsaslanan hərtərəfli və qarşılıqlı faydalı münasibətlər birgə səylərlə gələcəkdə də xalqlarımızın mənafeyi naminə möhkəmlənəcək.

Fürsətdən istifadə edərək, Zati-alinizə möhkəm cansağlığı, ailə səadəti və məsuliyyətli işinizdə uğurlar, dost Azərbaycan xalqına isə sülh və daimi inkişaf arzulayıram”.

Həmçinin oxuyun

Türkiyə XİN: Ermənistanın Bərdə şəhərinə qeyri-insani hücumunu qətiyyətlə pisləyirik

Türkiyə XİN Bərdənin atəşə tutulması ilə bağlı bəyanat yayıb. MediAktiv.az-ın məlumatına görə, beyanatda bildirilib ki, …