Bazar ertəsi , İyul 26 2021
Home / Dünya / Siyasət / SOCAR təsdiq olunmuş neft ehtiyatlarının həcmini açıqlayıb

SOCAR təsdiq olunmuş neft ehtiyatlarının həcmini açıqlayıb

2019-cu ildə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) ümumi təsdiq olunmuş neft ehtiyatları 120,204 milyon ton təşkil edib. Bu, 2018-ci illə müqayisədə 4,5 faiz azdır.

MediAktiv.az bu barədə SOCAR-ın “Dayanıqlı inkişaf” hesabatına istinadən məlumat verir.

2018-ci ildə SOCAR-ın neft ehtiyatları 125,906 milyon ton təşkil edib.

Hesabata əsasən, 2019-cu ildə SOCAR 7,7 milyon ton neft, 6,8 milyard kubmetr qaz hasil edib. 2018-ci illə müqayisədə neft hasilatı 140,8 min ton, qaz hasilatı 293 milyon kubmetr artıb.

Ötən il şirkət 1,4 milyon ton nefti və 1,6 milyard kubmetr qazı ixraca yönəldib. 2019-cu ildə neft və qaz ixracından əldə edilən gəlir 904, 6 milyon dollar təşkil edib.

SOCAR-ın 2019-cu ildə neft, qaz və neft məhsulları ixracından 1,289 milyard dollar gəlir əldə edib.

Həmçinin oxuyun

Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Milli Məclisin xüsusi iclası keçiriləcək

Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Milli Məclisin xüsusi iclası keçiriləcək. MEDIAKTIV.AZ-ın …