Bazar , Sentyabr 19 2021
Home / Dünya / Siyasət / Türkiyə səfirliyi Azərbaycan xalqına başsağlığı verib

Türkiyə səfirliyi Azərbaycan xalqına başsağlığı verib

Türkiyənin Azərbaycandakı səfirliyi Vətən müharibəsində şəhid olanlara görə başsağlığı verib.

MediAktiv.az xəbər verir ki, bu barədə diplomatik nümayəndəliyin tvitter səhifəsində paylaşım edilib.

“Azərbaycan ərazilərinin bütövlüyü uğrundan həyatını fəda edən 2 783 qardaşımızı rəhmətləyad edərək yaralı qardaşlarımıza tezliklə sağalmalarını diləyir və “iki dövlət – bir millət” anlayışı ilə həmişə Azərbaycanın yanında olacağımızı bir daha qeyd edirik”, – səfirlikdən bildirilib.

Həmçinin oxuyun

Türkiyə və ABŞ müdafiə nazirləri arasında telefon danışığı olub

Türkiyənin müdafiə naziri Hulusi Akar ilə amerikalı həmkarı Lloyd Ostin arasında telefon danışığı olub. MEDIAKTIV.AZ-ın …