Bazar , Sentyabr 19 2021
Home / Dünya / Siyasət / Türkiyə və İran prezidentləri Dağlıq Qarabağı müzakirə ediblər

Türkiyə və İran prezidentləri Dağlıq Qarabağı müzakirə ediblər

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İranlı həmkarı Həsən Ruhani ilə telefon danışığı aparıb.

MediAktiv.az-ın məlumatına görə, bu barədə Türkiyə prezidenti Administrasiyasının İctimaiyyətlə əlaqədar idarəsindən bildirilib.

Bildirilib ki, danışıq zamanı Türkiyə ilə İran arasındakı münasibətləri gücləndirmək üçün atılan addımlar və regional hadisələr müzakirə edilib.

Danışıqlar zamanı Ərdoğan Dağlıq Qarabağ münaqişəsinin yeni bir mərhələyə qədəm qoyduğunu vurğulayıb.Türkiyə prezidenti Azərbaycanın ərazi bütövlüyü və suverenliyini təhdid edəcək hər hansı bir hərəkətdən çəkinməyin lazım olduğunu qeyd edib.

Türkiyə dövlətinin başçısı Dağlıq Qarabağda sülh və sabitliyin Ermənistan da daxil olmaqla bölgə ölkələrinə fayda gətirəcək yeni imkanlar açacağını qeyd etdi.

Həmçinin oxuyun

Türkiyə və ABŞ müdafiə nazirləri arasında telefon danışığı olub

Türkiyənin müdafiə naziri Hulusi Akar ilə amerikalı həmkarı Lloyd Ostin arasında telefon danışığı olub. MEDIAKTIV.AZ-ın …