Cümə axşamı , Noyabr 26 2020
Home / Dünya / Siyasət / Xocalıya qoyulan qondarma ad ermənilərin özləri tərəfindən qəbul olunmur – Rusiyalı jurnalist

Xocalıya qoyulan qondarma ad ermənilərin özləri tərəfindən qəbul olunmur – Rusiyalı jurnalist

Rusiyanın “Kommersant” qəzetinin müxbirləri cəbhə bölgəsində Azərbaycan və Ermənistan tərəfdən reportaj hazırlayıb.

MediAktiv.az-ın məlumatına görə, işğal olunmuş Xankəndində olan jurnalist Aleksandr Çernıx Ağdərə istiqamətinə heç bir sürücünün getmək istəmədiyini yazıb.

Müxbir qeyd edib ki, yerki sakinlər Xankəndini Stepanakert, Ağdərəni Martakert adlandırsa da, işğaldan sonra adı İvanyan olaraq dəyişdirilmiş Xocalını hələ də öz adı ilə adlandırırlar.

Uzun axtarışlardan sonra Ağdərəyə getməyə razı olan sürücü mövcud vəziyyətdən şikayət etməyə başlayıb. Dörd müharibə gördüyünü deyən sürücü indiki vəziyyətin daha ağır olduğunu bildirib.

Yol boyunca müxbir sıradan çıxarılmış hərbi texnika gördüyünü deyib. Ağdərənin girişində blok-postda dayanan əsgərlər şəhərə dolayı yollarla daxil olmağı tövsiyə edib. Çernıx orada olan texnikanın çox köhnə olduğunu və sanki birinin Qarabağ müharibəsindən qaldığını qeyd edir.

Həmçinin oxuyun

İşğaldan azad olunmuş Kəlbəcərə doğru irəliləyən bölmələrimizin videogörüntüsü

Müdafiə Nazirliyi işğaldan azad olunmuş Kəlbəcər rayonuna doğru irəliləyən bölmələrimizin videogörüntüsünü yayıb. MediAktiv.az həmin görüntünü təqdim …