Şənbə , Yanvar 16 2021
Home / Dünya / Siyasət / Yerevanda etirazçılar yolları bağlayır

Yerevanda etirazçılar yolları bağlayır

Yerevanda Ermənistanın baş naziri Nikol Paşinyanın istefası tələbi ilə etiraz aksiyası keçirilir.

MediAktiv.az-ın erməni KİV-lərinə istinadən məlumatına görə, etirazçılar paytaxtın mərkəzində bəzi yolları bağlamağa başlayıb.

Aksiya iştirakçıları “Satqın Nikol” kimi şüarlar səsləndirirlər.

Hadisə yerinə çoxlu sayda polis əməkdaşı cəlb olunub.

Qeyd edək ki, N.Paşinyanın istefası tələbi ilə etiraz aksiyaları Yerevanda noyabrın 10-dan etibarən keçirilir.

Həmçinin oxuyun

Ceyhun Bayramov Pakistanda Azərbaycan Səfirliyini ziyarət edib

Xarici işlər naziri Ceyhun Bayramov Pakistana rəsmi səfəri çərçivəsində AR-in İslamabaddakı Səfirliyini ziyarət edib MEDIAKTIV.AZ bu …