Çərşənbə axşamı , Oktyabr 19 2021
Home / Dünya / “Skoda” Çexiyada avtomobil istehsalını dayandıra bilər

“Skoda” Çexiyada avtomobil istehsalını dayandıra bilər

Çexiyanın avtomobil istehsalçısı şirkəti “Skoda” elektron komponentlərin çatışmazlığı səbəbindən oktyabrın 18-dən etibarən Çexiyadakı zavodlarında avtomobil “istehsalını əhəmiyyətli dərəcədə azaldacaq və ya tamamilə dayandıracaq.

MEDIAKTIV.AZ-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında müəssisə müdiriyyətinin nümayəndəsi Tomaş Kotera deyib.

T.Kotera bildirib ki, elektron komponentlərin çatışmazlığı ilə bağlı qlobal böhran “Skoda”dan da yan keçməyib: “Oktyabrın 18-dən bu ilin sonuna qədər Çexiyadakı zavodlarda yeni avtomobillərin istehsalını əhəmiyyətli dərəcədə azaldacağıq və ya tamamilə dayandıracağıq”.

Onun sözlərinə görə, “Şkoda”nın Çexiyadakı zavodlarının işçiləri qarşıdakı 3 ay ərzində şirkətin meydançalarında olan avtomobillərin yığılmasını tamamlamağa çalışacaqlar.

Nümayəndə bildirib ki, hazırda təxminən 50 min tamamlanmamış avtomobil var.

Həmçinin oxuyun

Azərbaycan ilə Qətər arasında viza rejimi ləğv olunub

“Azərbaycan hökuməti ilə Qətər hökuməti arasında viza rejiminin ləğvg olunması haqqında sənəd imzalanıb”. MEDIAKTIV.AZ xəbər verir …