Çərşənbə , Fevral 19 2020
Home / Dünya / Sosial mediya / Ədliyyə Nazirliyinin elektron saytı yenilənərək istifadəyə verilib

Ədliyyə Nazirliyinin elektron saytı yenilənərək istifadəyə verilib

Ədliyyə Nazirliyinin elektron saytı yenilənərək istifadəyə verilib

Ədliyyə Nazirliyinin elektron saytı yenilənərək istifadəyə verilib

Ədliyyə Nazirliyinin elektron saytı yenilənərək istifadəyə verilib

Ədliyyə Nazirliyinin elektron saytı yenilənərək istifadəyə verilib

Muxtar respublikada elektron medianın inkişafı daim diqqətdə saxlanılır. Görülən işlər, göstərilən diqqət və qayğının nəticəsində ictimaiyyət nümayəndələri dövlətdə, cəmiyyətdə və həyatın digər sahələrində baş verən hadisələr haqqında dəqiq, dolğun və operativ şəkildə məlumat alırlar. Ədliyyə Nazirliyinin Mətbuat xidmətindən MediAktiv.Az-a verilən məlumata görə, Ədliyyə Nazirliyi də müasirləşən informasiya axarına qoşulmaq məqsədilə öz saytını yeniləyərək ictimaiyyətin istifadəsinə vermişdir. Müasir standartlara cavab verən sayt ümumi dizayn, məzmun, istifadəçi rahatlığı, texniki imkanlar baxımından əsaslı şəkildə yenilənmişdir. Saytın sturukturu təkmiləşdirilib, yeni funksional bölmələr əlavə edilib və ən son internet texnologiyaları əsasında yeni dizayn verilmişdir.
Sayt 7 bölmə və 21 altbölmədən ibarətdir. Ümumi görüntünü özündə əks etdirən “Əsas səhifə”də muxtar respublikda baş verən ictimai, siyasi xəbərlər və nazirliyin fəaliyyət istiqamətinə uyğun məlumatlar istifadəçilərin diqqətinə çatdırılır. İstifadəçilərin rahatlığını təmin etmək məqsədilə “Axtar” güşəsi yaradılmışdır. Həmin vasitədən istifadə etməklə istifadəçilər lazımı məlumatı vaxt itirmədən əldə edə biləcəklər. Səhifənin sağ tərəfində əhəmiyyətli saytlara keçid təmin edilmişdir. Aktuallıq və istifadəçi tələbatı nəzərə alınaraq mühüm əhəmiyyətli saytlara keçid linkləri yaradılmışdır.
Saytın ümumi görünüşünə, dizaynına rəngarənglik qatmaq, həmçinin şəhərimizin və rayonlarımızın təmtəraqlı, gözoxşayan məkanlarının tanınması məqsədi daşıyan fotoslaydlar vasitəsilə rəsmi xronika və xəbərlər bölməsi biri-birindən ayrılır.
Startap layihələrinin qəbulunu nəzərdə tutan bölmə də yaradılmışdır. Həmin bölmədə “Ədliyyə könüllüləri” çərçivəsində müraciət etmə forması yerləşdirilmişdir. Portalın aşağı hissəsində son dövrlərdə Naxçıvan Muxtar Respublikasının inkişafını və aparılan quruculuq işlərini özündə əks etdirən, həmçinin muxtar respublikamızın turizm potensialını təbliğ etmək məqsədilə tanıtım və tarixi abidələr videoqaleriyaları təqdim olunur.
Nazirlik bölməsində istifadəçilərə 4 yarımbölmə təqdim olunur. Ədliyyə tarixi yarımbölməsində nazirliyin yaranma tarixi, fəaliyyəti barədə məlumat öz əksini tapmışdır. Əsasnamə hissədə Ədliyyə Nazirliyin, Məhkəmə Ekspertizası Mərkəzinin və Penitensiar Xidmətin əsasnamələri yerləşdirilmişdir. Həmin yarımbölmədə nazirliyin fəaliyyət istiqamətləri və ədliyyə işçisinin andı da öz əksini tapmışdır.
Qanunvericilik bölməsində Azərbaycan Respublikasının qanunvericilik sisteminin əsasını təşkil edən Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının konstitusiyaları, qanunları, fərman və sərəncamları, qərarlar və məcəllələr yerləşdirilmişdir. Muvafiq bölmədə istifadəçilər ədliyyə sisteminin fəaliyyətini əhatə edən normativ hüquqi aktlarla tanış ola bilərlər.
Mətbuat xidməti bölməsi xəbərlər, hesabatlar, fotoqalereya, videoqalereya və rəsmi xronika yarımbölmələrindən ibarətdir. Xəbərlər hissəsində nazirliyin fəaliyyət istiqaməti ilə əlaqədar görülən işlər işıqlandırılır. Nazirliyin fəaliyyəti ilə əlaqədar foto və videolar uyğun olaraq fotoqalereya və videoqalereya yarımbölməsində təqdim olunur.
Ədliyyə Nazirliyinin əsas fəaliyyət istiqamətlərindən olan hüquqi maarifləndirmə ilə əlaqədar olaraq saytda sual-cavab güşəsi də nəzərdə tutulmuşdur. Burada nazirliyin əməkdaşları tərəfindən hazırlanmış fəaliyyət sahəsiylə əlaqədar müxtəlif suallar və onların cavabları yerləşdirilmişdir. Bələdiyyə fəaliyyətinə dair tövsiyyələr yarımbölməsində yerli özünüidarətmə ilə əlaqədar tövsiyyə məktubları öz əksini tapmışdır. Ədliyyə işçilərinin etik davranış qaydaları və notariusların etik davranış kodeksi saytın müvafiq bölməsində yerləşdirilmişdir.
Elektron məktub yazmaq qaydaları, vətəndaşların qəbul gününün qrafiki və digər əlaqə vasitələrini özündə əks etdirən müraciətlər bölməsi istifadəçilərin rahatlıqla nazirliklə əlaqə saxlamalarına imkan yaradır.
Yenilənən sayt Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin fəaliyyət istiqamətləri və görülən işlər barədə ictimaiyyətin daha dolğun və operativ şəkildə məlumatlandırılmasını təmin edəcəkdir.

Həmçinin oxuyun

Ronaldodan İnstaqramda tarixi rekord

“Yuventus”un və Portuqaliya yığmasının  hücumçusu Kriştiano Ronaldo İnstaqramda tarixi uğura imza atıb. MediAktiv.az xəbər verir …