Bazar ertəsi , May 10 2021
Home / Dünya / Sosial mediya / Bakı “İnstagram” üçün 50 ən cəlbedici şəhər sırasında yer alıb

Bakı “İnstagram” üçün 50 ən cəlbedici şəhər sırasında yer alıb

Bakı şəhəri “Instagram” sosial şəbəkəsində paylaşmaq üçün 50 ən cəlbedici şəhər sırasında yer alıb.

MEDİAKTİV.AZ-ın məlumatına görə, siyahı “The Big 7 Travel” agentliyi tərəfindən tərtib edilib.

Qeyd olunub ki, Azərbaycanın paytaxtında şəklini çəkib “Instagram”da paylaşmaq üçün uyğun olan məkanların sayı həddən artıq çoxdur:

“Ultramüasir Heydər Əliyev Mərkəzindən tutmuş, 12-ci əsrə mənsub İçərişəhərədək Bakı “İnstagram” hesabınızda yerləşdirə biləcəyiniz məkanlarla zəngindir”.

“The Big 7 Travel”in tərtib etdiyi siyahıda birinci yerdə Yaponiyanın paytaxtı Tokio qərarlaşıb.

Həmçinin oxuyun

“İnstaqram”ın işində qüsurlar yaranıb

“İnstaqram” sosial şəbəkəsinin istifadəçiləri xidmətin işində qüsurlarla üzləşiblər. MediAktiv.az-ın məlumatına görə, bu barədə populyar internet …