Çərşənbə , Oktyabr 28 2020
Home / Dünya / Sosial mediya / “WhatsApp”da yeni funksiya işə salınacaq

“WhatsApp”da yeni funksiya işə salınacaq

“WhatsApp” messenceri bir hesaba bir neçə qurğunun bağlanmasına imkan verən funksiya işə salır

MediAktiv.az-ın məlumatına görə, bu funksiyanın yekun versiyası artıq hazırdır və yaxın zamanlarda beta-sınaqlar işə salınacaq.

Yeniliyə əsasən, “WhatsApp”da “Əlaqəli qurğular” düyməsi peyda olacaq.

Bu funksiya vasitəsilə bir hesaba 4-dək qurğu bağlana biləcək. Bir dəfə bağlandıqdan sonra digər qurğulardan hesaba smartfonun köməyi olmadan qoşulmaq mümkün olacaq. Həmin qurğularda yazışma tarixçəsini, oxunma işarəsini sinxronlaşdırmaq mümkün olacaq

Həmçinin oxuyun

“İnstaqram”ın işində qüsurlar yaranıb

“İnstaqram” sosial şəbəkəsinin istifadəçiləri xidmətin işində qüsurlarla üzləşiblər. MediAktiv.az-ın məlumatına görə, bu barədə populyar internet …